Cəmiyyət

Sabir Rüstəmxanlı məmurları tənqid etdi

Müdafiə məsələsi təkcə ordunun güclənməsi deyil. Müdafiənin iki başı var, ölkənin içi də güclənməlidir.

Jamaz.info xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

“Əhaliyə elə şərait yaradılmalıdır ki, ordu ilə yanaşı, hər bir vətəndaş vətəni üçün əsgər olmağa hazır olsun. Məmurların vətəndaşlara münasibətində, sosial məsələlərdə, işsizlik məsələlərində və s. sahələrdə ciddi problemlər var. Neçə ildir deyirik, dağ kəndlərində qaz olmadığına görə meşələr qırılır. Büdcədən bu məsələyə nə qədər pul ayrılmalıdır? Digər məsələ qazilərin işsizliyi ilə bağlı mövzulardır. Bu məsələnin özü də müdafiəyə aiddir”, – deyə deputat qeyd edib.

Sabir Rüstəmxanlı vurğulayıb ki, Prezidentə xidmət etməli olan məmurlardan vətəndaş düzgün rəftar görmür:

“Məmur qapısında elə rəftar, elə üz görür ki, vətəndaşın əli hər şeydən üzülür. Bir ailə uşağını bağçaya qoymaq üçün icra hakimiyyətindən tutmuş ən alt qurumlara qədər qapılarda qalır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button