Cəmiyyət

Şəhid Xudayarın qardaşı: “Onu yaxşı edib döyüblər”

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə şəhid Xudayar Yusifzadə haqqında status paylaşan Fuad Rəsulzadə adlı şəxs ötən gün küçədə döyülüb. 
Məsələ ilə bağlı AZXEBER.COM-a açıqlama verən şəhid Xudayarın qardaşı Məhəmməd Yusifzadə deyib ki, o adamı haqlı olaraq döyüblər:  “Şəhid haqqında bu cür status yazanda bilmirdi ki, onu nələr gözləyir? Döyüblər, yaxşı ediblər, əlləri dərd görməsin. Onu döyənlər də elə Xudayarı sevənlər, Xudayarın qardaşları olub. Onun haqqı idi bu cür vəziyyətə düşmək. Şəhidlərimiz haqqında bu cür fikirlər bildirmək olmaz. Onlar vətən uğrunda canlarından keçiblər”.
Məhəmməd Yusifzadə qeyd edib ki, cəzalandırılması lazım olan şəxs elə Xudayar haqqında bu cür sözlər yazan adamdır: “Onu döyənləri cəzalandırmaq lazım deyil. Hər gün küçələrdə mənasız davalar olur, bəs onlar niyə cəzalandırılmır? Cəzalandırılması lazım olan adam elə o statusu yazandır. Həmin statusu yazdığı vaxt o, qanunla cəzalandırılmalı idi. Bütün şəhidlər bizim qardaşlarımızdır. Onlara qarşı belə hərəkətlər etmək olmaz”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button