Cəmiyyət

Ruben Rubinyan: “Nə Qarabağın, nə də Ermənistanın Laçın dəhlizində funksiyası yoxdur”

“Laçın dəhlizində nə Qarabağın, nə də Ermənistanın heç bir funksiyası yoxdur”. JAMAZ.İNFO xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan öz Facebook səhifəsində yazıb.

O bildirib ki, noyabrın 10-da imzalanmış bəyanatın 6-cı bəndində açıq şəkildə qeyd olunub ki, Laçın dəhlizi Rusiyanın Qarabağdakı sülhməramlı qoşunlarının nəzarəti altındadır. “Yəni dəhlizdə rus hərbçiləri Azərbaycan Ordusu ilə Qarabağdakı “müdafiə ordusu” arasında toqquşmaların qarşısını almaq üçün dayanmayıb. Onlar Qarabağla Ermənistan arasında fasiləsiz əlaqəni təmin etmək üçün 5 km genişlikdə əraziyə birbaşa nəzarət həyata keçirir”.

Rubinyanın sözlərinə görə, nə Qarabağ, nə də Ermənistanın Laçın dəhlizinin onların nəzarətində olmadığı üçün orada heç bir funksiyası yoxdur. “Azərbaycanın da eyni səbəbdən dəhlizdə heç bir funksiyası yoxdur. Ancaq 1 öhdəliyi var: “Azərbaycan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkətinin təhlükəsizliyinə təminat verir”. Başqa sözlə, Azərbaycan Rusiya sülhməramlı qoşunlarının nəzarətində olan ərazidə sərbəst hərəkəti təhlükə altında qoymamağı öhdəsinə götürüb”.

Rubinyan iddia edib ki, Azərbaycan Laçın dəhlizini bağlamaqla bu öhdəliyi pozub. “Nəticədə Rusiya sülhməramlı qoşunlarının dəhlizə nəzarət öhdəliyi də pozulub. Vəziyyətin həlli üçün Rusiya sülhməramlı qoşunları noyabrın 10-da imzalanmış bəyanatın 6-cı bəndinə uyğun olaraq istənilən vasitə ilə Laçın dəhlizinə tam nəzarəti bərpa etməsi lazımdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button