Cəmiyyət

Qripə yoluxan şagirdlərin sayı artır – Məktəblərdə davamiyyət necədir?

Uşaqlar və yeniyetmələr arasında yüksək hərarətlə müşahidə edilən xəstəlik yayılmaqdadır.

Eyni zamanda, əhalinin digər təbəqələri arasında da yoluxanların sayı kifayət qədərdir. Xəstəlik ötən ayın əvvəlindən əhali arasında müşahidə olunur. Uşaqdan-böyüyə hər kəs virusa yoluxduğunu, xəstəliyi ağır keçirdiyini bildirirlər.
İnfeksionistlər isə deyirlər ki, xəstəliyin əsas əlamətləri yüksək hərarət və öskürəkdir.
Təbii ki, belə bir vəziyyətdə, uşaqlar arasında xəstəliyin sürətlə yayılması tədris prosesinə də təsirsiz ötüşmür.
Valideynlər övladlarını məktəbə göndərmək istəmir, virusa yoluxacaqlarından ehtiyat edirlər.
Bəs, Bakı məktəblərində şagirdlər arasında davamiyyət necədir?
Məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanladıq.
Jamaz.info xəbər verir ki, BŞTİ-dən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirilib ki, şagirdlər arasındakı davamiyyət hər zaman olduğu kimidir.
“Gündəlik monitorinqlər aparılır, ümumi statistikada fərq yoxdur. Kəskin hava şəraiti olan, qar yağan günlər istisna olmaqla elə bir ciddi fərq yoxdur. Bu günə olan tarixə əsasən paytaxtdakı ümumtəhsil müəssisələrində davamiyyət normaldır”, -deyə BŞTİ-dən deyilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button