Cəmiyyət

Qaz sızması ilə bağlı xəbərdarlıq

“Azəriqaz” İstehsalat Birliyi abonentlərin mənzilə daxil olaraq qaz sızmasının olub-olmadığını müəyyən etmədən əvvəl işıqlandırıcı cihazları yandırıb-söndürməməyə çağırıb.

Jamaz.info xəbər verir ki, bu çağırış “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov tərəfindən “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüş zamanı səsləndirilib.

Onun sözlərinə görə, qaz iyinin olub-olmadığını müəyyən etmədən işıqlandırıcı cihazlarından istifadə nəticəsində yaranaт qığılcım bədbəxt hadisəyə, qəzaya səbəb ola bilər.

Şöbə müdiri bildirib ki, hansısa səriştəsiz insan tərəfindən düzgün quraşdırılmayan qaz cihazı və ya şlanq birləşmələri nəticəsində qaz sızması yarana bilir, bu da partlayışa səbəb olur.

“Partlayış və yanğın hadisələrinin 99%-i bu səbəbdən baş verir. Ona görə də, dönə-dönə təkrar edirik ki, mənzilə daxil olanda, hətta bloka daxil olan zaman qaz iyinin olub-olmadığını yoxlayaq. Hamımız qaz iyini tanıyırıq. Bunu etmədən işığı yandırıb-söndürmək olmaz. İşığı yandırıb-söndürən zaman həmin o elektrik qutusunda qığılcım əmələ gəlir və ani bir səhfdən böyük faciə yaranır”, – deyə İlkin Behbudov vətəndaşları tədbirli olmağa çağırıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button