Cəmiyyət

Qarabağ məhbuslarına hökm oxundu

Bu gün Qarabağ məhbuslarının bir qrupunun hakim Ağamalı Qafarovun sədrliyi ilə son məhkəmə iclası keçirilib. JAMAZ.İNFO xəbər verir ki, iclasda hakim hökm oxuyub.
Həmin hökmə əsasən AXCP funksionerləri Fuad Qərhəmanlı və Məmməd İbrahimə 4 il 1ay, Ayaz Məhərrəmli və Bəxtiyar İmanova isə 3 il 7 ay şərti cəza təyin edilib.  Onlardan başqa, Vəliyev Tural Famil oğlu, MB Hərakatı 2 il 7 ay, Məmmədov Azər Vaqif oğlu, AXH 2 il 7 ay, Səfərov Ariz İbadət oğlu, YAP 2 il 7 ay, Məmmədov Elçin Əlisafa oğlu 2 il 7 ay, Abadov Fərid Mətləb oğlu 2 il 7 ay, Mustafayev Səbuhi Yusif oğlu 2 il 7 ay, Babayev Ramiz Həmzə oğlu 3 il 7 ay və Əliyev İlkin Pirəli oğlu 2 il 7 ay müddətinə şərti cəza müəyyən edilib.
Bununla bağlı açıqlama verən Fuad Qəhrəmanlı bildirib ki, onlar  bu hökmü ədalətsiz və qərəzli hesab edirlər. “Çünki, məhkəmə istintaqının gedişində irəli sürülmüş ittiham təsdiqlənmədi və işin siyasi sifariş əsasında, saxta əsaslarla düzülüb qoşulduğu aydın oldu. Bu hökmdən Avropa Məhkəməsinə şikayət verməyi düşünürük”.
Xatırladaq ki, AXCP üzvlərindən ibarət daha bir qrup haqqında hökm yazın günlərdə çıxarılacaq.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button