Cəmiyyət

“Qanuni oğru” ailəsinin gözü qarşısında güllələndi

Gürcü əsilli “qanuni oğru” Şota Tevdoradze (Şotiko) qətlə yetilirib.
Qaynarinfo kriminal mənbələrə istinadən xəbər verir ki, Şotiko Yunanıstanın paytaxtı Afina şəhərində evinin qarşısında öldürülüb.
Hadisə 41 yaşlı “qanuni oğru”nun həyat yoldaşı və qızının gözü qarşısında baş verib.
Killer Şotikonun öldüyünə əmin olmaq üçün onun başına “nəzarət atəşi” açıb.
Şota Tevdoradze Kutaisi qruplaşmasının liderlərindən biri kimi tanınıb. Hələlik ona qarşı sui-qəsdin kim(lər) tərəfindən planlaşdırdığı bəlli deyil. Lakin kriminal aləmdə hər kəs Şotiko ilə “qanuni oğru” Vaja Biqanişvili (Vaja Tbilisski) arasında konfliktin olduğundan məlumatlıdır. Bu qarşıdurma 2015-ci ildən başlayıb.
Həmin il Şota Tevdoradze və Georgi Endeladze (Tava) Vaja Biqanişviliyə yaxın olan Georgi Modebadzeni (Qeqa Ozurqetski) döyərək “qanuni oğru” titulundan məhrum edib. Olaydan sonra Dato Sebiskveradzenin (Dato Kutaisski) liderliyi ilə “sxodka” keçirilib. Həmin toplantıda Modebadzenin titulu geri qaytarılıb. Lakin bu qərar Vaja Biqanişvilini qane etməyib. Onun fikrincə, ya Modebadze, ya da onun rəqibləri “qanuni oğru” kimi tanınmalıdır. Yəni, Biqanişvili Şotiko və Tavanın cəzalandırılaraq tituldan məhrum edilməsini istəyib. Eyni zamanda açıq şəkildə onlara qarşı savaş elan edib.
Bu baxımdan, hesab edilir ki, Biqanişvili ilə konflikt Şotikonun qətlinin əsas motivlərindən ola bilər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button