Cəmiyyət

Polkovnik-leytenantla həkim cinayət məsuliyyətinə cəlb edildi

Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının bölmə rəisi polkovnik-leytenant İslam Məmmədov və Ege Hospitalın həkim-mütəxəssisi Pərvanə Rüstəmovanın cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.
Jamaz.info xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilir ki, hospitalın Onkologiya şöbəsinin rəisi İslam Məmmədov dələduzluqda, Pərvanə Rüstəmova isə vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilir. İttihama görə onlar birgə cinayət əlaqəsinə giriblər.
İddiaya görə, iş üzrə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı və 10 nəfər zərərçəkmiş qismində tanınıb.
“İ.Məmmədova Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) və 341.2.1 ( vəzifə səlahiyyətlərini aşma), P.Rüstəmovaya isə 341.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər həbsdə deyil, onlar barəsində istintaq dövrü müddəti üçün alternativ qətimkan tədbiri seçilib.
Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə araşdırılacaq”, – məlumatda deyilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button