Cəmiyyət

Pensiyaya tez çıxacaq peşə sahibləri bəlli oldu

Xəbər verildiyi kimi, Nazirlər Kabineti «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na dəyişiklik edib.

Jamaz.info xəbər verir ki, dəyişikliklər nəticəsində güzəştli şərtlərə görə daha tez pensiyaya çıxmağla icazə verilən peşələrin siyahısı genişləndirilib.

Bu dəyişiklik xüsusilə metro əməkdaşlarına aiddir.

Belə ki, qərara əsasən bundan sonra elektrik qatarlarının (seksiyalarının) maşinistləri, elektrik qatarlarının (seksiyalarının) maşinistlərinin köməkçiləri, motovoz maşinistləri, motovoz maşinistlərinin köməkçiləri, kompressor qurğusunun maşinisti, drezin sürücüsünün köməkçisi,

yol nəzarətçisi, tunel fəhlələri, süni qurğular təmirçisi, süni qurğular baxıcısı, yol baxıcısı, yol montyoru, metropolitenin stansiya və tunel avadanlıqlarına xidmət göstəril məsi üzrə elektrik çilingərləri, avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri, metropolitenin metal konstruksiyalarına xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingərləri, metropolitenin avadanlıqlarına xidmət göstərilməsi üzrə elektrik çilingərləri, eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri, rezin məmulatların təmirçisi, markşeyder işlərində dağ-mədən fəhləsi, nəzarət vaqonunun tənzimləyicisi, çəkiclə işləyən dəmirçi, kontakt qaynaq maşınının qaynaqçısı, yol, maşın və mexanizmlərin tənzimləyiciləri, daxili sanitar-texniki sistem və avadanlıqların montajçısı, ultrasəsli defektoskop aparatının operatorları və operator köməkçiləri, ultrasəs nəzarəti üzrə defoktoskopçular, izoləedicilər, kabel lehimləyicisi, əl ilə qaynaqda elektrik qaynaqçısı da vaxtından əvvəl pensiyaya çıxa biləcək.

Bundan başqa, qərara əsasən qaydalara 21.5.2-ci yarımbənd əlavə edilib. Bu əlavə yə əsasən yYalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daimi məşğul olan rəhbərlər, mütəxəssislər, texniki icraçılar: bütün adlarda tunel ustaları (böyük tunel ustaları, tunel ustaları, tunel usta köməkçiləri), böyük elektrik mexanikləri, elektrik mexanikləri (rabitə üzrə elektrik mexaniki), elektronçu, təlimatçı maşinist vəzifəsində çalışanlar da pensiyaya güzəştli şərtlərlə çıxa biləcəklər.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button