Cəmiyyət

Ödənişsiz Onlayn Sosial Media Marketinq (SMM) mütəxəssisi kursuna start verilib

“Güzəran” Sosial araşdırmalar ictimai birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Bölgələrdə yaşayan qadınların rəqəmsal bacarıqlarının artırılması” layihəsini icra edir. Layihənin məqsədi qadınların İKT ixtisaslarına yiyələnməsinə dəstək verməkdir.

Bölgələrdə yaşayan qadınların rəqəmsal bacarıqlarının artırılması” layihəsi çərçivəsində gənc xanımlar üçün ödənişsiz Sosial Media Marketinq (SMM) meneceri onlayn təlim kursuna start verilib. Təlimlərə iştirakçılar onlayn mediada yerləşdirilmiş elanlar vasitəsi ilə cəlb ediliblər.

Toplam 64 nəfər müraciət edib. Onlardan 15 nəfər seçilərək təlimlərə start verilib. Sosial şəbəkələr, onların mənası, auditoriyaları, təyinatlar, Səhifələrin idarə olunması, Targeting – nədir və işləmə prinsipi, Auditoriyanın təyin olunması, Reklam məqsədləri, Nəticələrin dəyərləndirilməsi kimi biliklər əldə edəcəklər.

Layihənin sonunda kursu uğurla bitirmiş iştirakçılara sertifikatlar veriləcək, onların CVləri layihə ekspertləri tərəfindən düzəldilərək təşkilatın müvafiq məktubu ilə müxtəlif şirkət və QHTlərə təcrübə üçün yönləndiriləcəklər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button