Cəmiyyət

Nazir imtahandan keçməyən müəllimə nə iş verəcək? – Cavab

Bu gün Milli Məclisin Elm və təhsil komitəsində “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçirilib.

Dinləmə zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib ki, imtahandan kəsilən müəllim işləyəcək, amma dərs deməyəcək.

“Biz demirik ki, nəticə göstərə bilməyən müəllimləri günahkar hesab edib, kənarlaşdıracağıq. Həmin müəllimlər işləyəcək, amma dərs deməyəcək”, – nazir deyib.

E.Əmrullayevin fikirləri bir qədər anlaşılmazlıq yaradıb. Sosial şəbəkə istifadəçiləri müzakirələr fonunda “müəllim dərs keçmədiyi halda necə işləyəcək?” sualına cavab axtarıblar.

Jamaz.info xəbər verir ki, modern.az məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən bildirilib ki, Emin Əmrullayev bu fikri gələcəkdə həyata keçirələcək yeni ideyaya əsasən irəli sürüb:

“Nəticə göstərməyən müəllimlər məktəbdə hansısa köməkçi işlərə cəlb oluna bilərlər. Bu hazırda bir ideyadır və gələcək üçün üzərində işlənilir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button