Cəmiyyət

Naxçıvanda daha bir təyinat

Kifayət Məmmədova Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin direktor müavini – baş həkim təyin olunub.
Jamaz.info verir ki, bu barədə muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, K.Məmmədova 1969-cu ildə Naxçıvanda anadan olub. Naxçıvan şəhər 5 nömrəli məktəbdə təhsil alıb.
Rusiyanın İrkutsk Dövlət Tibb Universitetini bitirib. O, Türkiyə, İsrail və Rusiya universitet və xəstəxanalarında çalışıb, doğum və cərrahiyə üzrə ixtisasartırma kursları keçib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button