Cəmiyyət

Naira Zohrabyan: “Erməni əsirlərin anaları övladlarını İranda axtarır”

Ermənistan parlamentinin deputatı, “Çiçəklənən Ermənistan” partiyasının funksioneri Naira Zöhrabyan Qarabağ savaşında əsir düşmüş erməni əsgərlərinin aqibətləri ilə bağlı danışarkən, maraqlı açıqlama verib. JAMAZ.İNFO xəbər verir ki, parlamentin iclasında çıxış edən deputat iddia edib ki, Azərbaycan tərəfi Qarabağda ölən erməni əsgərlərinin axtarışına imkan vermir.

Onun sözlərinə görə, erməni əsirlərlə bağlı vəziyyət isə acınacaqlıdır. Zöhrabyan deyib ki, rəsmi qurumlar əsirlikdə olan erməni əsgərləri ilə bağlı onların valideynlərinə doğru-düzgün məlumat vermirlər. Və nəticədə, anlaşılmazılıqlar yaranır. “Ermənistan rəsmiləri əsir düşmüş əsgərlərlə bağlı onların valideynlərinə doğru məlumat vermirlər. Onları o qədər aldadıblar ki, hətta bir çoxu elə bilib ki, uşağı Azərbaycanda deyil, İrandadır. Hətta öz uşağını əsirlikdən qurtarmaq üçün Təbrizə gedən valideynlər də olub”.

Erməni deputat bununla bağlı Ermənistanın İrandakı səfiri Artaşes Tumanyanla danışdığını da deyib. O bildirib ki, səfir belə məlumatların onda da olduğunu, lakin həqiqəti əks etdirmədiyini vurğulayıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button