Cəmiyyət

Media və Mülki Cəmiyyət İctimai Birliyi dəyirmi masa keçirdi

Media və Mülki Cəmiyyət İctimai Birliyi 05 oktyabr 2022-ci il tarixdə Bakı şəhərində “Hüquqi yardım hüququ və onun əsas xüsusiyyətləri” mövzusunda dəyirmi masa təşkil edib. 

İlkxeber.org xəbər verir ki, dəyirmi masa Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Əhaliyə pulsuz hüquqi yardımın göstərilməsi ilə bağlı təşəbbüslər” layihəsi çərçivəvəsində baş tutub.

Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, layihə rəhbəri Xanoğlan Əhmədov iştirakçılara layihə və onun məqsədləri haqqında məlumat verib və mövzunun iştirakçılar üçün əhəmiyyətindən danışıb.

Tədbirdə məruzə edən hüquqşünas Mirəli Hüseynov “Hüquqi yardım hüququ və onun əsas xüsusiyyətləri” mövzusunda təqdimatla çıxış edib, mövzu ilə bağlı iştirakçıları ətraflı məlumatlandırıb. Tədbirin mövzusunun əsas tezislərini vətəndaşların konstitusion hüquq olaraq hüquqi yardım hüququnun mahiyyəti və əhəmiyyəti, hüquqi yardımın formaları, ödənişli və ödənişsiz əsasları, ödənişsiz hüquqi yardım üçün müraciətin qaydaları və əsasları və digər məsələlər təşkil edib.

Tədbir prosesində həmçinin iştirakçıların sualları cavablandırılımış və mövzu ətrafında fikir mübadiləsi aparılıb. İnteraktiv üsullardan istifadə edilməklə keçirilən tədbir iştirakçılar tərəfindən yüksək maraqla qarşılanmış və müsbət dəyərələndirilib.

Qeyd edək ki, bu cür tədbirlər qarşıdakı günlərdə digər regionlarda təşkil ediləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button