Cəmiyyət

Məşhur şahmatçı: “Bakıda qaldığım hoteldə su yoxdur” (Foto)

Amerikalı məşhur şahmatçı Hikaru Nakamura Bakıda qaldığı hoteldə su tapmadığına görə şikayətlənib.

Jamaz.info xəbər verir ki, o, bu barədə tvitter hesabında paylaşım edib.

Şahmatçıların reytinq sıralamasında ikinci olan qrossmeyster Bakıda hoteldə su olmadığını bildirib: “Artıq dünya kuboku üçün Bakıdayam. Amma qaldığım otelin hamamında su gəlmir. Yaxşı bir başlanğıcdır”.

Qeyd edək ki, Bakıda keçirilən dünya kuboku avqustun 24-nə qədər davam edəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button