Cəmiyyət

Leysan Goranboya ciddi ziyan vurub

Goranboy Rayon İcra Hakimiyyəti mayın 26-da rayon ərazisində baş vermiş təbii fəlakətlə bağlı məlumat yayıb.

Jamaz.info xəbər verir ki, İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, 26.05.2023-cü il tarixdə günorta saatlarında, Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi, Börü, Meşəli, Yenikənd və Qaraçinar kəndlərində leysan yağışı nəticəsində Qaraçay çayında suyun səviyyəsi artıb.

Yaranan sel suları 3 fərdi yaşayış evinin  həyətinə dolub, 14 baş iri buynuzlu mal-qaraya və 100 ədəd ev quşlarına ziyan vurub.

RİH yanında Fövqəladə Hallar Komissiyasının üzvləri, əraziyə müvafiq texnikalar cəlb edilməklə Aşağı Ağcakənd qəsəbəsi və Börü kəndində avtomobil yollarının bərpa edilməsi istiqamətində operativ işlər aparır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button