Cəmiyyət

Lənkərandakı zəlzələ Qarabağ və Zəngəzuru da silkələdi

Xəbər verdiyimiz kimi, bu gün saat 11 radələrində Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub.

Jamaz.info bildirir ki, zəlzələ Azərbaycanın Zəngəzur və Qarabağ bölgəsini də silkələyib.

Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına görə, Zəngəzurda 2-3, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağda isə 3 bal gücündə zəlzələ olub.

Dağıntı və ya tələfat barədə məlumat verilməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button