Cəmiyyət

Kartof və soğan niyə bahalaşdı?

“Azərbaycanda soğanın qiymətində ciddi artım var”.
Jamaz.info xəbər verir ki, 5-10 gün əvvəl bir kilosu 55-60 qəpiyə satılan soğan hazırda 1-1,20 manata təklif olunur. Topdansatış bazarlarında isə 30-35 kiloluq soğan kisələri 28-29 manata satılır.
İqtisadçı ekspert Vahid Məhərrəmov Qaynarinfo-ya açıqlamasında soğanın qiymətində iki dəfə artım müşahidə olunmasının səbəbini mövsümlə əlaqələndirib.
“Tez yetişən soğan artıq satılıb. Soğan avqust ayında bazarlara daxil olacaq. Ona qədər isə qiymətində enmə olmayacaq”, deyə Vahid Məhərrəmli bildirib.
Ekspertin fikrincə, kartofun qiymətində artım olacaq:
“20 gündən sonra kartofun da qiymətində ciddi artım olacaq, iki dəfə bahalaşacaq. Onların qiymətinin enməsi məhsulldarlıqdan asılı olacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button