Cəmiyyət

İmtahanlar eyni vaxtda təşkil olunacaq?

Müəllimlərin işə qəbul imtahanı (MİQ) eyni seans və eyni vaxtda təşkil olunacaq.

Jamaz.info xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli bildirib.

“İbtidai sinif müəllimləri istisna olmaqla, bütün imtahanlar eyni seansda və eyni vaxtda təşkil olunacaq”, – deyə o bildirib.

Qurum rəsmisi qeyd edib ki, imtahanlar 29 məktəbdə baş tutacaq.

Qeyd edək ki, iyulun 11-də 2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button