Cəmiyyət

Helikopter qəzasında həlak olan hərbi qulluqçularla vida mərasimi keçirilir – FOTO

Ötən gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticədə həlak olan 14 hərbi qulluqçu ilə vida mərasimi başlayıb.
Qaynarinfo xəbər verir ki, mərasim DSX-nin “Sərhədçi” İdman Kompleksində keçirilir.
Mərasimdə dövlət rəsmiləri, mərhumların ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
11:28
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda qəzaya uğraması nəticəsində həlak olanların nəşinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinəsi başa çatıb.
Qaynarinfo “Report”a istinadən xəbər verir ki, cənazələr morqdan qaldırılıb.
Bu gün həlak olan hərbi qulluqçularla vida mərasimi keçiriləcək.
Daha sonra cənazələr dəfn olunmaq üçün hərbi qulluqçuların ailələrinə təhvil veriləcək.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin rəhbərliyinin, eləcə də məhkəmə-ballistik, məhkəmə-texniki-yanğın və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, Müdafiə Nazirliyindən cəlb olunan mütəxəssis tərəfindən “qara qutu”nun götürülməsi təmin edilməklə hazırda onun tədqiqi aparılır.
10:28
Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin qəzaya uğrayan helikopterində şəhid olan 14 nəfərin nəşi ailələrinə təhvil verilir.
JAMAZ.info Oxu.Az-a istinadən xəbər verir ki, şəhidlərlə vida mərasimi keçiriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button