Cəmiyyət

Hərbi helikopterimiz ikinci dəfə qəza enişi etdi – FOTOLAR

Xəbər verdiyimiz kimi, dünən Türkiyənin Merzifon rayonunda hərbi təlimlərə qatılan hərbi helikopterlərimizdən biri Giresun vilayətində qəza enişi edib. JAMAZ.İNFO xəbər verir ki, içində pilotlarla yanaşı 6 hərbçimiz olan helikopter texniki nasazlıq üzündə təcili dəniz sahilinə enməli olub.

Məlumata görə, Azərbaycan Hərbi Hava Qüvvətlərinə məxsus Mİ-17 hərbi helikopteri bu gün texniki baxışdan sonra yenidən havaya qalxıb. Lakin qısa bir aradan sonra uçuşunu davam etdirə bilməyib və təcili sahilə enməli olub.

Hadisədən dərhal sonra təhlükəsizlik məqsədi ilə əraziyə polis gətirilib. Əraziyə giriş-çıxış isə qadağan edilib. İlkin texniki baxış zamanı məlum olub ki, Azərbaycan Ordusuna məxsus helikopterin motorunda problem var. İlkin müayinədən sonra helikopterin təmiri üçün hadisə yerinə mütəxəssislər gətirilib. Təlimə qatılmalı olan hərbçilərimiz isə maşınla yola salınıb.

Qeyd edək ki, dünən baş verən hadisədən sonra əraziyə Giresun valisi şəxsən özü gəlib. O, hərbçilərimizi helikopterdən alaraq, Valiliyin xüsusi qonağı kimi özüylə aparıb.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button