Cəmiyyət
Güclü külək və sel Mingəçevirdə fəsadlara yol açıb
Mingəçevir şəhərində güclü külək və sel fəsadlara yol açıb.
Jamaz.info xəbər verir ki, qırılan ağaclar yollara, minik maşınlarının üzərinə düşüb.
Qırılan ağaclar yolları bağlayaraq nəqliyyatın hərəkətinə mane olub. Külək nəticəsində qırılan ağac Mərkəzi Xəstəxananın həyətində minik maşınının, Fizuli küçəsində isə qadının başına düşüb. Sahil küçəsində isə dəmir hasarı aşıraraq avtomobil yolunu bağlayıb. Əksər istiqamətlərə elektrik verilişinin ötürülməsində fasilələr yaranıb.
Eyni zamanda sel xarakterli yağış küçələri basaraq keçilməz edib, fərdi təsərrüfatlara dolaraq oraları yararsız edib.(yeniavaz)