Cəmiyyət

Geri qaytarılan əsir Xankəndinə aparılıb

Dünən əsir götürülən Ermənistan Ordusunun əsgəri Artur Katanyan elə dünən də Azərbaycanla aparılan danışıqlar nəticəsində geri qaytarılıb. JAMAZ.İNFO xəbər verir ki, iyunun 8-də Laçın rayonu ərazisində diversiya qrupunun üzvü kimi saxlanılan Katanyanla bağlı Qarabağdakı rus sülhməramlılarının komandanı Rüstəm Mmuradov danışıqlar aparıb.

Qeyd edək ki, erməni tərəfi Muradovun əsirin geri alınması üçün konkret tələb qoyduğu da deyilən məlumatlar içində vardı. Lakin dünən gecə Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Katanyanla bağlı apardıqları araşdırma nəticəsində məlum olub ki, o diversnat deyil, sadəcə dumana düşərək azaraq, bizim mövqelərə keçib.

Təbii ki, Azərbaycan tərəfinin belə bir açıqlama yayması xoş deyil. Ən azından ona görə ki, Müdafiə Nazirliyi tələm-tələsik açıqlama verməməli, məsələni araşdırmalı və daha sonra məsələ barədə ictimaiyyətə açıqlama verməliydi. Hazırkı durumda isə rəsmi Bakının Rusiya qarşısında duruş gətirmədiyi, onların təzyiqləri qarşısında erməni diversantı geri vermək məcburiyyətində qaldığı görüntüsü yaranıb.

Bu əsnada, məlum olub ki, Artur Katanyan Xankəndinə aparılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button