Cəmiyyət

Gənc psixoloqun yeni layihəsinin təqdimatı keçirildi – FOTOLAR

Gənc psixoloq Leyla Salmanlının “Autizim və Beyin” mövzusunda layihəsinin təqdimatı keçirilib.  JAMAZ.İNFO xəbər verir ki, təqdimatın təşkilatçısı “Zəfər Yolu – Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək” İctimai Birliyidir. 

Təşkilat sədri Pərvanə Salmanqızı tədbirdə çıxış edərək bildirib ki, layihənin məqsədi autizm xəstələyinin cəmiyyətə inteqrasiyasiyasına nail olmaq, alternativ yanaşma ilə onların potensialını üzə çıxartmaqdan ibarətdir.

Tədbirdə çıxış edən Leyla Salmanlı vurğulayıb ki, layihənin əsas devizi “Yaşatmaq üçün yaşa” şüarından ibarətdir. L.Salmanlı GPN-nin “Strong Academy” ilə birlikdə “Autizm Treatment Center of America”nın tətbiq etdiyi “Son-Rise” terapiya proqramı üzərindən autzmli fərdlərə daha fərqli terapiya üsulu ilə yanaşma metodunun tətbiqinə çalışır. “Məqsədimiz autizmli fərdlərin gizli potensialını göstərməkdən ibarətdir”,- deyə L.Salmanlı bildirib.

Tədbirdə “Alternativ Pisixologiya” elminin müəllifi, tibbi və biologiya elmləri doktoru, professor, Oksford Unversitetinin akademiki Yaşar İbadov, Respublika Qadınlar İçtimai Birliyinin sədri Bahar Qasımova, bologiya elmlər doktoru Yeganə Mahumudova, məhşur xeyriəçi Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva-Muxtarova, şəhid anası Çiçək Biləndərli, Əməkdar müəllim Zülfiyyə Vəliyeva çıxış edərək, autimzdən əziyyət gənclərə dəstək göstərilməsinin vacibliyini vurğulayıblar.

Tədbir iştirakçıları bildiriblər ki, təqdim olunan layihənin əsas məqsədi autizmdəm əziyyət çəkən insanlarda özünə güvənin artması, onların sıralarından cəmiyyət üçün faydalı kadrlar yetişməsinə yardım edəcək.

Təqdimatda bir sıra pedaqoqlar, psixoloqlar, media nümayəndələri və QHT rəhbərləri iştirak ediblər.

 

 

 

 

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button