Cəmiyyət

Fuad Qəhrəmanlı: “Qazilərə olan münasibət gənclərin döyüş ruhuna zərbədir”

“Elə şeylər var ki, nə onun  əsaslandırması var, nə də ki, bəraəti. Bu gün qazilərimizə qarşı edilən haqsızıqlar, millətin qüruruna, şərəfinə qarşı törədilən həqarətdir, mənəvi cinayətdir”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri AXCP rəsmisi Fuad Qəhrəmanlı son günlər Qarabağ savaşında əlil olmuş Qazilərimizə göstərilən laqeydliyə münasibət bildirərkən deyib.

O qeyd edib ki, Vətən üçün canını fəda etmiş, ölümü qarşısına almış, bizə qələbə sevinci yaşatmış bu qəhrəman insanlar, indi də, qəsb olunan haqqlarını almaq üçün məmur kabinetləri qarşısında get – gələ salınır, aşağılanır, ədalətsizliklə üzləşirlər. “Qazilərlə verilən əlillik dərəcələrinin təyin olunmasında açıq aşkar ədalətsizlik, məqsədli təhrif var. Bu işin kütləvi xarakter daşıması, onu göstərir ki, problem heç də hansısa həkim komissiyasının öz işinə səhlənkar yanaşmasında deyil. Qazilərə qarşı edilən bu ədalətsizlik, mərkəzləşdirilmiş qaydada verilmiş göstəriş əsasında baş verir”.

Onun sözlərinə görə, məqsəd əlillik dərəcəsini aşağı salmaqla, qazilərə  daha az müavinət verməkdir. “Dövlət və Vətən naminə sağlamlığını qurban vermiş insanların acılarını ortaq olmaq, ömür boyu yaşayacaqları problemləri biraz da olsun yüngülləşdirmək əvəzinə, onların halal haqqı verilmir, əlillik dərəcəsi doğru təyin edilmir”.

Fuad Qəhrəmanlı vurğuayır ki, xalqın qəhrəman övladlarının haqqına göz dikənlər, bu qənaəti büdcəni korrupsiya yolu ilə talayanda, mənasız idman yarışlarına milyonlar sərf edəndə nəzərə almırlar. “Nəticə isə dəhşətli və utanc vericidir. Vətənin ən fədakar övladları, qəhrəman oğulları qoruduqları ölkədə haqqlarını ala bilmirlər”.

O hesab edir ki, məsələ təkcə, bu, da deyil. “Hər bir qaziyə edilən haqsızlığın xalqın vətənrvərlik duyğularına, gənclərin döyüş ruhuna  ağır zərbə vurur. Beləcə milləti ayaqda saxlayan ən müqəddəs dəyərlər gözdən düşür, milli ruh ölümə məhkum edilir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button