Cəmiyyət

Fransız səfir Bakıdakı Hərbi Qənimətlər Parkının açılmasından narazı qalıb

“Mən erməni cəmiyyətinin Bakıda açılışı edilən parkla bağlı emosiyasını bölüşürəm və onları yaxşı anlayıram”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Fransanın Ermənistandakı səfiri Conatan Lakott deyib.

Fransız diplomat qeyd edib ki, bir neçə gün əvvəl İrəvandakı Yerablur qəbristanlığında olub. “Biz orada çoxlu sayda öldürülmüş insanları, çoxlu sayda itkiləri gördük. Biz ailələrin necə acı çəkdiklərini gördük. Bura elə bir yerdir ki, orada bir xalqın şərəfli tarixi mövcuddur”.

Lakott hesab edir ki, müharibə teatr meydanı qurmaq deyil. “Hazırda əsas məsələ münaqişənin həlli yollarını tapmaqdır. Eyni zamanda, əsirlərin qaytarılması, itkin düşənlərin tapılması, humanitar hüququn bərpa edilməsi, mədəni və dini irsin qorunması və uzunmüddətli sülhün əldə edilməsi üçün dialoqun bərpa edilməsi lazımdır”.

Bakıda Hərbi Qənimətlər Parkının açılması məsələsinə də toxunan Fransanın İrəvandakı səfiri qeyd edib ki, Ermənistan məğlub olsa da, qürürludur. “Ermənistan məğlub olsa da, qürurludur. Eyni zamanda, qələbə qazanan tərəf də qələbəyə layiq hərəkət etməlidir”.

P.S. Fransanın Ermənistandakı səfiri erməni bacılarının durumundan məmnun deyil. Onların məğlub olmasını da adətləri üzrə həzm edə bilmirlər. Ona görə də, hər vəchlə məğlubiyyəti “şərəfli”, “layiqli” sözləri ilə əvəzləməyə, bacılarına təsəlli verməyə çalışırlar. Amma məğlubiyyət elə məğlubiyyətdir. Onun başqa adı yoxdur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button