Cəmiyyət

“FHN-in funksiyasını “Google” icra etdi”

Zəlzələ ilə bağlı xəbərdarlıq mesajı “Google”un Android platformasından göndərildi. “Google” “Zəlzələ xəbərdarlığı” xidmətini xarici seysmik qurumların datalarından əldə edərək təqdim edir. İndi əksəriyyət müzakirə edir ki, nə üçün “Google” ona bu mesajı göndərməyib, yaxud da nə üçün bu mesaj “iPhone” telefonu işlədənlərə göndərilməyib. Apple şirkətini qınayanlar var. “Google”un xəbərdarlıq mesajından sonra əhali arasında xeyli çaşqınlığın, məlumatsızlığın, hətta dezinformasiyaların yayılması da müşahidə edilib”.
Jamaz.info
 xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında “FHN-in funksiyasını “Google” icra etdi” adlı paylaşımında yazıb.
“Heç kim soruşmur ki, bəs FHN-in xəbərdarlığı, onun mesajları, onun mobil tətbiqləri və mobil xidməti haradadır?
Uzun illərdir ki, Fövqəladə Hallar Nazirliyi “112 Mobil Xilasedici” tətbiqini hazırlaya bilməyib. “112” qaynar xətt xidməti aktiv olsa da, daha effektiv olan uyğun mobil tətbiq yoxdur.
Xatırlayıram ki, 2016-cı ildə ATL şirkəti FHN-nin sifarişi ilə  İOS və Android üçün belə bir resurs hazırlamışdı. Lakin sonralar bu mobil resurs hər iki platformadan yığışdırılıb.
Sonralar FHN bir neçə dəfə belə bir mobil resursun hazırlanması haqqında mesajlar versə də, indiyədək bu reallaşmayıb.
Xatırladıram ki, digər ölkələrin əksəriyyətində belə bir mobil resurs aktivdir.
“112 Mobil Xilasedici” daha operativ reaksiya üçün, ilkin məlumatlandırma və ilkin yardım üçün, əks əlaqə üçün, kordinatın müəyyən edilməsi və yönləndirilməsi üçün, hadisə haqqında daha yetərli məlumatlar almaq üçün indiki zamanda ən effektiv və səmərəli həll yoludur.
Maraqlıdır ki, hədsiz geniş resurslara, böyük bir İT idarəyə və komandaya malik olan FHN 7 ildir ki, balaca bir mobil tətbiqi ortaya çıxara bilməyib.
Çox düşündürücü və təəssüfləndirici bir haldır”, – paylaşımda bildirilib.
Qeyd edək ki, yerli vaxtla iyulun 4-ü saat 00:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzəndə 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə isə 5-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 km olub. Dağıntı və tələfat olmayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button