Cəmiyyət

Fazil Mustafadan səhhəti ilə bağlı açıqlama

Milli Məclisin deputatı Fazil Mustafanın səhhəti normaldır.
Jamaz.info xəbər verir ki, bu barədə Qaynarinfo-ya deputat özü bildirib. Millət vəkili qeyd edib ki, artıq rahat gəzə bilir:
“İndi rahat gəzə bilirəm. Gələn həftə qolumdakı sarğı da açılacaq və 10 günə fəaliyyətimi tam bərpa edəcəm”.
Qeyd edək ki, Fazil Mustafa cari ilin mart ayının 28-də axşam saatlarında yaşadığı evin qarşısında terrora məruz qalıb. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) hadisə ilə bağlı yaydığı məlumatda bildirlir ki, Fazil Mustafaya qarşı “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Faktla bağlı DTX-nın İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button