Cəmiyyət

Fazil Mustafa: “Vəkilliyə qəbul asanlaşdırılmalıdır”

“Ucqar rayonlarda, eləcə də Naxçıvanda vəkillərin sayı azdır. Mövcud qanunvericiliyə görə test mərhələsindən keçən vəkil namizədlər üçün 3 illik iş stajı tələbi qoyulub və bu, absurddur.

Vəkilliyə qəbul asanlaşdırılmalıdır”.

Jamaz.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin növbədənkənar sessiyasının iyulun 14-də keçirilən iclasında deyib.

Deputat qardaş Türkiyədə belə həmin tələbin olmadığını xatırladıb:

“Vəkillik prokurorluq, hüquq-mühafizə orqanı deyil. Onlara maksimum 1 il iş stajı vaxtı verilə bilər. Ona görə də qanunvericilikdə 3 illik müddəanın ləğvi lazımdır. Vəkilliyə qəbul asanlaşdırılmalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button