Cəmiyyət

“Fərid məhkəmədə fars dilində dindirilir” – Anasından nazirə müraciət

Almaniyada yaşayan və İrana tələbə yoldaşını ziyarətə gedən zaman həbs olunan Fərid Səfərlinin anası Dilarə Əsgərova xarici işlər naziri Ceyhun Bayramova müraciət ünvanlayıb.
Jamaz.info
 xəbər verir ki, o, bu barədə Feysbuk profilində paylaşım edib.
“Hörmətli nazir, cənab Ceyhun Bayramov. 4 aydan yuxarıdır oğlum Fərid İranda günahsız yerə saxlanılır, hüquqları pozulur: məhkəmədə fars dilində dindirilir və sair. Bu günə kimi Fərid nə Azərbaycan tərəfdən, nə də İran tərəfdən vəkillə təmin olunub. O cinayətkar olduğuna görə həbs olunsaydı, heç kimə ağız açmazdım, deyərdim, zəhmət çəkib cəzasını çəksin. Amma hamı çox gözəl bilir ki, Fərid Azərbaycan vətəndaşı olduğuna görə həbs olunub. Ona görə də sizdən xahiş edirəm onun müdafiəsinə Azərbaycan dövləti adına səylərinizi əsirgəməyəsiniz: Fəridin vəkillə təmin olunması prosesinin sürətlənməsinə, Azərbaycandan da bir vəkilin bu işə cəlb olunmasına, mənimlə yenidən telefon əlaqəsinin qurulmasına (cəmi iki dəfə danışmışıq), vəkillə təmin olunana qədər konsulluq isçilərindən kiminsə onun məhkəməsində iştirak etməsinə (son danışığımızda Fərid mənə sual verdi ki, niyə Azərbaycan tərəfdən məhkəmə ilə heç kim maraqlanmır?) və ən nəhayət avqustda mənim onunla görüşməyimə şərait yaradılmasına səy gostərəsiniz. Mən inanıram ki, siz mənim çağırışıma biganə qalmayacaqsınız”, – müraciətdə bildirilib.(yeniavaz)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button