Cəmiyyət

EWF prezidenti erməniləri təriflədi: “Fantastik iş gördülər”

Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatı elə ilk günündə qalmaqalla yadda qaldı. JAMAZ.İNFO xəbər verir ki, 15-23 aprel aralığında keçirilən yarışın açılış mərasimində Azərbaycan Bayrağı yandırıldı.

Bunun ardından isə həmin yarışda iştirak edən Azərbaycan idmançıları iştirakdan imtina etdilər.

Qeyd edək ki, Ermənistan tərəfinin bu barbar hərəkətinə sərt münasibət bildirilməli olduğu halda, Avropa Ağır Atletika Federasiyasının (EWF) prezidenti Antonio Konflitti bu gün İrəvana təriflər yağdırıb. O deyib ki, Ermənistanın yenidən Avropa çempionatına ev sahibliyi edə biləcəyinə əmindir. “Turnirin 9 günü və xüsusən də sonuncu günü əla keçdi. Təşkilat əlbəttə ki, gözəl idi. Gördünüz ki, yarışın son günü idman zalı dolu idi. Tribunalarda da boş yer tapmadım. Bütün bunlar ağır atletika üçün çox vacib mesajdır, çünki keçən il bizim üçün asan olmadı. İndi isə ictimaiyyətin bu dəstəyi həqiqətən çox yaxşıdır”.

Konflittiyə görə, təşkilatçılıq baxımından erməni tərəfi fantastik iş görüb. “Qürurla deyə bilərəm ki, biz Avropada bütün dünyaya göstərə bilərik ki, biz dünya çempionatı və Olimpiya Oyunları səviyyəsində turnir təşkil etməyə qadirik. Bəli, İrəvan yenidən Avropa çempionatını təşkil edə bilər. Biz birlikdə işləməyə davam edirik, onlar da işləməyə davam etməlidirlər. Düzünü desəm, turnirdən əvvəl onun uğurlu olacağını gözləyirdim, amma indi gördüyüm qədər uğurlu olacağını gözləmirdim”.

Görünür, EWF prezidenti üçün həmin yarışda iştirak edən ölkələrin dövlət atributları elə də önəmli deyil. Üstəlik, Azərbaycan Bayrağının yandırılmasının üzərindən keçərək, “fantastik iş görülüb” deməsi də, qəti başadüşülən deyil. Çünki onlar üçün maraqlı olan başqa maraqlardır. Allah eləməmiş, eyni şey Bakıda keçirilən yarışda baş versəydi, yəqin ki, Azərbaycan millisi bütün yarışlardan kənarlaşdırılacaqdı.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button