Cəmiyyət

Ermənistanda Bakıya istiqamət göstərən lövhə quraşdırıldı

Ermənistan ərazisində Azərbaycana istiqamət göstərən lövhələr quraşdırılıb.
Jamaz.info xəbər verir ki, bu barədə “Paralel Z” teleqram kanalı məlumat verib.
Bir şəxs lövhələrin, Azərbaycan sərhəddindən 500 metr aralıda – Ermənistanın Hayqeovan kəndində yerləşdirildiyini bildirib: “Burada Bakıya qədər 458, Gəncəyə qədər isə 98 km məsafə olduğu yazılıb. Əgər sülh müqaviləsi imzalansa, bu ərazinin taleyi necə olacaq? Burada ermənilər yaşayır. Onlar buranı tərk edəcəklər?Bu o deməkdir ki, Paşinyan Ermənistan pasportu olan 120 min ermənini, erməni kəndlərini Azərbaycana vermək istəyir. Biz bunun qarşısını necə ala bilərik. Düzü, bilmirəm”.
Qeyd edək ki, Hayqeovan Azərbaycanın hazırda Ermənistanın nəzarətində olan Barxudarlı kəndinə qonşu kənddir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button