Erməni idmançılar Bakıya gəlmək üçün müraciət etdilər
“Dünya çempionatının başlanmasına təxminən 2 ay vaxt qalsa da, artıq 32 ölkə bizə müraciət ünvanlayıb. Onlardan biri də Ermənistandır”.
Jamaz.info xəbər verir ki, bu barədə Modern.az-a Azərbaycan Atıcılıq Federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, iştirak üçün formanı hazırlayıb göndərən bütün komandalara eyni cavab verilib:
“Bu il Bakıda 60-dan çox ölkənin qatıldığı Dünya Kuboku gerçəkləşib. Həmin yarış böyük uğurla və hər kəsin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması ilə baş tutub. 100-dən artıq ölkənin mübarizə aparacağı dünya çempionatının Bakıda keçirilməsi Azərbaycana göstərilən etimaddan irəli gəlir”.
Qeyd edək ki, atıcılıq üzrə dünya çempionatı avqustun 14-dən, sentyabrın 3-dək davam edəcək.