Cəmiyyət

Dığ kəndinin keçmiş icra nümayəndəsi: “Bizə silah versinlər”

“Azərbaycan Ordusu martın 29-dan etibarən Dığ kəndi istiqamətində harada yerləşibsə, elə orada da dayanıblar. Hər hansı bir dəyişiklik yoxdur”. JAMAZ.İNFO xəbər verir ki, bunu Aravus kəndinin keçmiş icra nümayəndəsi Arqam Hovsepyan deyib.

O bildirib ki, Azərbaycan tərəfi fəasl mühəndis-istehkam işləri aparır. “Biz də mövqelərimizi gücləndiririk. Tək probelmimiz kənd sakinlərinə silahın verilməməsidir. Bu günlərdə ordu rəhbərliyinə müraciət etdik ki, bizə silah versinlər. Lakin indiyə qədər cavab yoxdur”.

Hovsepyan deyib ki, Azərbaycan Ordusu Diğ kəndinin yaxınlığındakı bütün yüksəkliklərdə qərarlaşıblar. Onun sözlərinə görə, bu yüksəkliklər elə bir yerdədir ki, kənd ovucun içində qalır.

O, kənddə yaşayan ermənilərin təsərrüfatla məşğul olmadıqlarını da deyib. “Heç bir kənd təsərrüfatı işi görümürük. Çünki nə torpağımız var, nə də heyvan saxlamağa imkan. Heyvanların sayı 80 faiz azalıb. Əgər əvəllər hər təsərrüfatda 50-60 baş mal-qara var idisə, indi bu rəqəm 1-2-dən o yana keçmir. Heyvanları otarmaq üçün otlaqlarımız belə qalmayıb”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button