Cəmiyyət

Daha bir rayonda torpaq sürüşməsi – Yolda hərəkət çətinləşdi

Yardımlı rayonunda torpaq sürüşməsi olub və nəticədə yolda hərəkət məhdudlaşıb.

Jamaz.info “Report”a istinadən xəbər verir ki, hadisə Masallı-Yardımlı avtomobil yolunun 52-ci km-də baş verib.

Yolun hərəkət zolağının 60 metrə yaxın hissəsi yararsız hala düşüb. Torpaq sürüşməsi zamanı ərazidəki istinad divarları ilə yanaşı piyada səkiləri də tamamilə dağılıb.

Dağıntı səbəbindən ərazidən keçən qaz xətti zədələnib. Lakin görülən təcili tədbirlər nəticəsində qaz xəttində yaranan qəza aradan qaldırılıb.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev bildirib ki, məsələ ilə bağlı adiyyəti üzrə müvafiq dövlət qurumları məlumatlandırılıb.

Məlumata görə, torpaq sürüşməsinə son günlər rayon ərazisinə yağan intensiv yağıntılar səbəb olub. Qeyd edək ki, bu gün Siyəzən rayonunun Sədan kəndində də torpaq sürüşməsi baş verib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button