Cəmiyyət

Daha bir deputat Saleh Rüstəmlinin azadlığa buraxılması üçün müraciət etdi

Azərbaycan Milli Məclisinin deputat Etibar Əliyev həmkarı Vahid Əhmədovun ardınca Saleh Rüstəmlinin azadlığa buraxılması üçün Prezident İham Əliyevə müraciət edib. 

Bu barədə Etibar Əliyev dekabrın 8-də sosial media hesabında məlumat verib.

“Deputat həmkarım hörmətli Vahid Əhmədovun Saleh Rüstəmovun azadlığa buraxılması ilə bağlı cənab Prezidentə etdiyi müraciətə mən də qoşuluram. Vahid Əhmədovun müraciətində deyilir: “Humanizm prinsiplərini əsas tutaraq Saleh Rüstəmov barəsində ədalətli qərar qəbul edilməsinə və onun azadlığa buraxılması üçün səlahiyyətləriniz çərçivəsində yardımçı olmağınızı xahiş edirəm””, – deyə Etibar Əliyev müraciətində bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ Müharibəsinin veteranı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və  “Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi” adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Sonradan Ali Məhkəmə cəza müddətini 2 ay azaldıb.

Saleh Rüstəmli Noyabrın 6-dan azadlıq tələbilə müddətsiz aclıq edir. O, Qarabağ müharibəsi veteranıdır. 1992-ci ildə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olarkən rayonun sərhədyanı kəndlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə “Başkənd” əməliyyatının rəhbərlərindən biri olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button