Cəmiyyət

Cavid Sumqayıtlı niyə həbs olundu? – TƏFƏRRÜAT

Tanınmış meyxanaçı Cavid Sumqayıtlının Sumqayıt Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılması barədə məlumat yayılıb.
Qaynarinfo xəbər verir ki, Cavid Sumqayıtlının saxlanılması yeni xəbər kimi təqdim edilsə də, o, bir neçə ay əvvəl polisə aparılıb. Əldə etdiyimiz məlumata görə, meyxanaçı saxlanılarkən üzərində külli miqdarda narkotik maddə aşkarlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda törədildikdə) cinayət işi başlanıb. Məlumata görə, artıq istintaq başa çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.
Daxili İşlər Nazirliyinin yaydığı açıqlama da bu məlumatı təsdiqləyir. Açıqlamada deyilir ki, Sumqayıt şəhər sakini Cavid Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün 15 may 2021-il tarixində Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
Meyxanaçının üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib: “Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxs barəsində istintaq araşdırmaları sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button