Cəmiyyət

Cəlilabadda məktəb dağıla bilər

Cəlilabad rayonunun Üçtəpə kənd 2 nömrəli ümumi orta məktəbi qəzalı vəziyyətdədir. Bu barədə “Report”a məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib.
Valideynlər bildiriblər ki, məktəb çoxdandır bu vəziyyətdədir və heç bir təmir-bərpa işləri aparılmır: “Yağış, qar yağanda tavandan siniflərə tökülür. Təkcə sinif otaqları yox, müəllimlərin də oturduğu otağa da tökülür. Ümumiyyətlə məktəb qəzalı vəziyyətdədir. Burada hər an uçqun ola bilər”.
Problemlə bağlı sözügedən məktəbdən bildirilib ki, şəhid Həmid Poladovun adını daşıyan Üçtəpə 2 nömrəli məktəb uyğunlaşdırılmış binada yerləşib: “Bina əvvələr ticarət obyekti kimi fəaliyyət göstərib.1995-ci ildən isə burada 2 saylı məktəb fəaliyyətə başlayıb. O gündən məktəb fəaliyyətini davam etdirsə də təmir edilməyib. Hazırda məktəbin yararsız olması haqda müvafiq qurumlara məlumat verilib. Təhsil nazirliyindən məktəb binasına baxış da keçirilib və yeni məktəb binasının tikilməsi nəzərdə tutulub”.
Sözügedən məktəbdə 300-ə yaxın şagird təhsil alır.





Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button