Cəmiyyət

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Bakının Heydər Əliyev prospektinin 17,4-cü kilometrlik hissəsində, şəhər istiqamətində bu axşam saat 22:00-dan səhər saat 05:00-dək “P” tipli istiqamətverici lövhələrin quraşdırılması işləri aparılacaq.

Jamaz.info xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, qeyd olunan vaxt ərzində işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılaraq digər zolaqlara yönəldiləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button