Cəmiyyət
Bu nömrələrlə maşın sürənlər 100 manat cərimələnəcək
Standartlara uyğun olmayan nömrələrlə maşın sürənlər 100 manat cərimə ediləcək.
Jamaz.info-nun məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyi təsdiq edib.
Dəyişikliklə mövcud standartlara uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitəsini idarə edənlər 100 manat cərimələnəcək.