Cəmiyyət

Beyləqanda şəhid ailəsinə məxsus təsərrüfatdan oğurluq – Foto

Beyləqanda şəhid ailəsinə məxsus təsərrüfatdan oğurluq edilib. Hadisə, rayonun Əlinəzərli kəndində qeydə alınıb.

Jamaz.info xəbər verir ki, bu barədə Bizim.Media-nın yerli bürosuna Şəhid Siyahim Dənirovun anası Pəri Dəmirova məlumat verib.

O qeyd edib ki, onlara məxsus təsərrüfatdan beş baş xırdabuynuzlu heyvan aparıblar: 

“Bu hal artıq beşinci dəfədir ki, baş verir. Bir dəfə qapıya girib heyvanı yığa bilməmişdilər. Amma bununla birlikdə dördüncü dəfədir ki, heyvanlarımız oğurlanır”.

Ailə polisə məlumat verdiyini bildirib. Həmçinin hadisə baş verdiyi gün onlar evdə olmadıqlarını deyib:

“Qızımın uşağı xəstə olduğu üçün onlara getmişdim. Həyat yoldaşım tövlənin qapısına qıfıl vurmuşdu. Ancaq oğrular pəncərədən girib aparıblar. Hər il kəsməli heyvanlar saxlayırıq ki, Siyahimin anım günlərində kəsib ehsan verək qismət olmur, aparırlar,”.

Qeyd edək ki, Şəhid Siyahim Elizamin oğlu Demirov XTQ mənsubu olub. O, 44 günlük Vətən müharibəsində xüsusi şücaət göstərmiş, Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button