Cəmiyyət

Bayram Məmmədovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı olub – FOTOLAR

Bu gün Bayram Məmmədovun xatirəsinə həsr olunan və N!DA Vətəndaş Hərəkatı tərəfindən tərcümə edilib hazırlanan “Dissidentlər” kitabının təqdimatı baş tutub.

JAMAZ.İNFO xəbər verir ki, təqdimatda ictimai-siyasi fəallar, vətəndaş cəmiyyəti və media nümayəndələri, o cümlədən çoxsaylı qonaqlar iştirak edib.

Tədbir iştirakçıları Bayram Məmmədovun xatirəsini yad edib, onunla bağlı xatirələrini bölüşüb və “Dissidentlər” kitabı haqqında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, N!DA Vətəndaş Hərəkatı tərəfində tərcümə edilib hazırlanan kitab bir sıra məqalələrdən ibarətdir və pulsuz olaraq oxuculara təqdim olunur. Tədbirdə “Dissidentlər” kitabı ilə yanaşı N!DA Vətəndaş Hərəkatının əvvəlki illərdə çap etdiyi digər kitablar da oxuculara təqdim olunub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button