Cəmiyyət

Başçı Mingəçevirdə elektroskuterlərin hərəkətini qadağan etdi

Mingəçevir şəhəri ərazisində elektroskuter sürənlərin sayı artıb.
Jamaz.info yeniavaz-a istinadən xəbər verir ki, bu hal piyadalar üçün yeni təhlükəyə çevrilib. Sürətlə parkda, yollarda, səkilərdə hərəkət edən bu nəqliyyat vasitəsi təhlükə yaradır. Bir neçə gün öncə belə nəqliyyat vasitələrindən biri istirahət zolağında 8 yaşlı qızı vuraraq ona xəsarət yetirib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov məsələ ilə bağlı jurnalistlərin suallarını cavablayıb.
O bildirib ki, son zamanlar insanlar daha çox bu nəqliyyat vasitəsi növünə meyillənirlər:
“Təəssüf ki, Mingəçevir şəhərində  skuterlərə görə infrastruktur hələ qurulmayıb. Mən tələb qoymuşam ki, bu kimi nəqliyyat vasitələri bu gündən şəhərdə olmamalıdır. Yalandan da məni ittiham edirlər ki, icra başçısı icazə verib”.

İ. İsmayılov bildirib ki, bələdiyyələr aidiyyəti ərazilərdə skuterlərin fəaliyyətini tənzimləyə bilərlər:
“Onlar üçün parklarda xüsusi zolaqlar ayrılmalıdır. Skuterin və digər bu kimi nəqliyyat vasitələrinin hərəkəti üçün Mingəçevir “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” qərarına uyğun işlərin görülməsini planlaşdırırıq. “Şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması” məqsədi ilə Mingəçevir Şəhər İcra Hakimiyyəti və Azərbaycan Texniki Universiteti arasında müqavilə də imzalanıb. Kimsə pul qazanmaq üçün dərhal ortaya kimlərinsə adını atır və bu adla qanunsuz hərəkətlər edir. Biz buna heç vaxt göz yuma bilmərik. Mənim qərarım qətidir. Şəhərin polis şöbəsinə, bələdiyyəyə demişəm. Bu işlərlə baglı ciddi tədbirlər görsünlər. Ümumi olaraq, düşünürəm ki, skuterlərdir, velosipedçilərdir, moped sürücüləridir, bunlarla bağlı daha təkmil qayda-qanunlara ehtiyac var”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button