Cəmiyyət

“Baku Elektroniks” keyfiyyətsiz məişət texnikası satır – Şikayət

Şikayətim “Baku Electroniks”dəndir. 2022-ci ilin oktyabr ayında 3 il zamanətlə anam paltaryuyan maşın və elektrik sobasi alıb. Alınan gündən əşyaların hər ikisi də problemlidir. Müraciətlərimizə baxmırlar. Zəmanətin bitməsini gözləyirlər ki, geri qaytarmağa, dəyişməyə məcbur qalmasınlar.

Jamaz.info Tribunainfo.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Səriş Əsgərzadə-Yusifli məlumat paylaşıb. Şikayətçi bildirib ki, “Baku Elektronics”ə edilən heç bir müraciətə baxılmır, şikayətçiləri başqa otaqda qəbul edirlər ki, digər müştərilər bunan xəbər tutmasın:

“Sobanın alt spiralı işləmir və öz-özünə yanır, 200 dərəcəyə qalxır, daha sonra vıbrasiya verib öz-özünə sönür. Paltaryuyan (8.05 kiloluq) maşının problemi isə (2 qaşıq) yuyucu tozun hamısını istifadə etməməsidir. Yuyulub bitəndən sonra yuyucu toz paltarların üstündə qalır. Bəzən də heç paltarları yumur. Çirk paltarları necə qoyulursa elə də qupquru maşından götürürük.
2022-ci ilin oktaybr ayından şikayət edirik, baxan yoxdur. “Baku Electronics”e gedirik, bizi tez arxada balaca otağa aparıb deyirlər sakit, o biri müştərilər eşitməsin. Zəng edib şikayət edirik, minnətlə danışırlar. Telefon arxasındakı xanım lağlağı ilə deyir ki, istədiyiniz yerə şikayət etmək sizin haqqınızdır. Məncə, şikayət edin deyib dəstəyi asır”.

Şikayətçi bildirib ki, etdikləri müraciətə ona görə baxmırlar ki, vaxt keçsin və zəmanət müddəti tamam olsun:

“ “Baku Electronics”in öz işçisi olan bir bəy deyir ki, elə xarab əşyaları gətirib binanın qabağına atıb gedin.
Müraciətlərimizdən sonra hər gün gəlib baxacağıq deyə-deyə aprel ayına çatdıq. Zəmanətin vaxtının bitməsini gözləyirlər yəqin. Xarab mallara görə 2200 manat pul ödəmişik. “Baku Electronics”, qazandığınızı halallıqla qazanın”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button