Cəmiyyət

Bakıda qəza törədən şəxs məhşur iş adamının oğludur

Bakıda lüks avtomobilin iştirakı ilə baş verən qəzaya görə bir çox qaranlıq məqamlar üzə çıxıb. Lüks avtomobilin sürücüsünün qırmızı işıqda keçməsi iddia olunsa da kamera görütüləri yoxdur. JAMAZ.İNFO Musavat.com-a istinadən xəbər verir ki, qəza hadisəsi 2019-cu ilin aprel ayında Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, 90 ND 064 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə 10 PP 122 dövlət nömrə nişanlı “Audi” markalı avtomobil toqquşub.

Məlumatda deyilir ki, “Mercedes”in sürücüsü Nəriman Hacıyevdir. “Audi”nin sürücüsünün isə Cəfərli Əsəd Vüqar oğlu olduğu bildirilir. İlkin araşdırmanın nəticəsində göstərilir ki, qəzanın baş verməsinə səbəb Nəriman Hacıyevin yol hərəkəti qaydasını pozmasıdır. Nəriman Hacıyev isə deyir ki, digər sürücü işıqforun qırmzı işığında keçib və qəzanın baş verməsinə səbəb olub.

Hadisə baş verən ərazidə təhlükəsiz şəhər kamerası (TŞK) var. Lakin kamera görütülərini əldə etmək mümkün deyil.

Əsəd Cəfərlinin idarə etdiyi lüks avtomobilə 60 min manat maddi zərər dəyməsi ilə bağlı ekspertiza rəyi var. Nəriman Hacıyev isə bu rəylə razılaşmır və zərərçəkənin özü olduğunu bildirir.

Qəzetin əldə etdiyi məlumata görə, Əsəd Cəfərli tanınmış iş adamlarından birinin oğludur. Lüks avtomobil də onlara məxsus şirkətin balansında olub.

İşin digər qaranlıq məqamı isə lüks avtomobilin sürücüsünün kimliyi ilə bağlıdır. Belə ki, Nəriman Hacıyev qeyd edir ki, qəzanı törədən sürücü gənc və arıq bir oğlan olub. Lakin sonra başqa sürücü ortaya çıxıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button