Cəmiyyət

Bakıda anti-Türkiyə filminin yayımından imtina edildi, amma…

Bakı kinoteatrları Türkiyəyə qarşı çəkilmiş “Odda – İki bacı” (“Sisters apart”) filmini nümayiş etdirməkdən imtina edib.
Jamaz.info xəbər verir ki, anti-Türkiyə mövzusunda lentə alınmış film ölkəmizdə narazılığa səbəb olub. Bu səbəbdən də kinoteatrlar filmin nümayişindən birmənalı şəkildə imtina edib.
Lakin buna baxmayaraq Almaniyanın Bakıdakı səfirliyi və Aİ-nin Azərbaycandakı nümayəndəliyi filmi gələn həftə “Landmark”da nümayiş etdimək niyyətindədir. Bununla bağlı səfirlik sosial şəbəkədə elan yayıb.
Halbuki, Azərbaycanla qardaşlıq münasibətlərində olan ölkəyə qarşı hazırlanmış bir filmin Bakıda hansı məkanda olursa-olsun nümayişi yolverilməzdir.(report)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button