Cəmiyyət

“Azərsu” heç bir iş görmür” – İçdiyimiz suyun keyfiyyəti necədir?

“Xosrov Müsayev elə danışıb ki, guya ki, “Azərsu” heç bir iş görmür və heç bir fəaliyyəti yoxdur”.
Jamaz.info xəbər verir ki. bunu Qaynarinfo-ya açıqlamasında “Azərsu” ASC-in Suyun keyfiyyətinə nəzarət şöbəsinin rəisi Cəmil Babayev ekoloq Xosrov Musayevin “Azərbaycanda içməli suyun keyfiyyətinin analiz nəticələri sanitariya normalarına, tələb olunan standartlara cavab vermir” fikirinə münasibət bildirərkən deyib.
C. Babayev qeyd edib ki, 2013-cü ildə istifadəyə verilən “Azərsu” ASC-in və onun regional laboratoriyaları suyun keyfiyyətini yoxlamaqla məşğuldur.
“ABŞ-ın Yel Universitetinin “Dünyanın Su Xəritəsi” adlı hesabat çıxardıb və orada 46.5 bal olan suyun keyfiyyət təhlükəsziliyi ilə bağlı dərc olunan bir bəyanat var. Bəyanatı yerli mətbuat düzgün  işıqlandırmayıb. Suyun keyfiyyəti haqqında hər hası  bir rəyin verilməsi üçün ondan su nümunəsi götürmək lazımdır. Yalnız bundan sonra keyfiyyətin  analizi bəlli olur. Dünya təcrübəsində suyun  keyfiyyətinin qiymətləndirilməsi üçün hər hansı 100 ballıq şkala mövcud deyil. Aparılmış müayinə və  götürülmüş su nümunələrinin nəticələrinə əsasən suyun fiziki-kimyəvi, radioloji, mikro- biloloji göstəriciləri bəlli olur. Bu göstəricilərin əsasında hər  hansı bir kənara çıxmalara görə suyun keyfiyyətli olub-olmaması haqqında qənaət vermək olur. Bu  zaman həmin mənbə üzrə aidiyyatı qurğu seçilir, quraşdırılır və istismara verilir. Yeknuda da suyun   keyfiyyəti yoxlanılır”, – deyə C. Babayev bildirib.
Onun sözlərinə görə, aprel ayında Azərbaycanda “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” AZS 929:2023 dövlət standartı ərsəyə gəlib:
“Milli dövlət standartlarının üzərində 2021-2022-ci illərdən komissiya işləyir. Səhiyyə nazirliyinin müvafiq əmri əsasında və eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının texniki və tövsiyyə dəstəyi ilə onlardan rəy alınıb. Bundan əlavə, bizim köhnədən qüvvədə olan standartlar da nəzərə alınıb. Eyni zamanda, Avropa direktivinin də tövsiyyələri nəzərə alınıb və bir standart meydana gəlib. Bu standart Azərbaycan dövlətində qüvvədədir. Bu standart öz tərkibində 110 keyfiyyət göstəricisini əhatə edir”.
“”Azərsu” ASC suyun keyfiyyətinə nə formada nəzarət edir” sualına cavab verən rəis bildirib ki, Bakı çəhəri də daxil olmaqla 54 rayon üzrə su təhcizatı şəbəkələri mövcuddur. “Bu sistemlərə nəzarət edən mərkəzi laboratoriyalar var ki, onlar ən müasir cihazlarla təmin olunub. Həmin cihazlar vasitəsi ilə suyun keyifiyəti dəqiqliyi ilə yoxlanılır.  Respublika üzrə isə 3723 icməli su nümunə nöqtələri mövcuddur. Bundan əlavə Ceyranbatan su təmizləyici qurğular ərazisində Ceyranbatan fuziki-kimyəvi baktiroloji təhlil laboratoriyası da fəaliyyət göstərir. Reginonlarda isə 9 ədəd təhlil laboratoriya mövcuddur və faəliyyətdədir”.
Qeyd edək ki, Ekoloji İnformasiya İçtimai Birliyinin sədr müavini Xosrov Musayev ABŞ-ın Yel  Universitetinin “Dünyanın Su Xəritəsi” adlı hesabatındadan danışarkən regionda ən keyfiyyətsiz içməli suyun Azərbaycanda olmasını açıqlayıb. O  bildirib ki, Azərbaycanda içməli suyun keyfiyyətinin analiz nəticələri sanitariya normalarına, tələb olunan standartlara cavab vermir.
Xatırladaq ki,  ABŞ-ın Yel Universiteti “Dünyanın Su Xəritəsi” adlı hesabatında regionda ən keyfiyyətsiz içməli suyun Azərbaycanda olmasını üzə çıxarıb. Hesabatda içməli suyun keyfiyyəti 100 ballıq şkala ilə ölçülüb və Azərbaycan suyun keyfiyyətinə görə 46,5 bal toplayıb. Bu şkalaya görə, suyun keyfiyyəti Gürcüstanda 52,3, Ermənistanda 61,7, Rusiyada 55,8, İranda 48,8, Türkiyədə 47 bal dəyərində qiymətləndirilib. Qərb ölkələrində isə suyun keyfiyyəti 90 bal ətrafında qiymətləndirilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button