Cəmiyyət

Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək

Azərbaycanda ürək transplantasiyası həyata keçiriləcək.

Jamaz.info xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov “Bakı Ürək Günləri” 8-ci Beynəlxalq Konqresində deyib.

Komitə sədri bildirib ki, bu məsələ 2 il əvvəl qəbul edilən “Donor və orqan transplantasiyası haqqında” qanunda əksini tapıb:

“Qanun imkan verir ki, Azərbaycanda ürək əməliyyatları ilə yanaşı ürək transplantasiyası keçirilsin. Azərbaycanda ürək transplantasiyası həyata keçirə biləcək kifayət qədər mütəxəssislərimiz də var. Hazırda bu istiqamətdə işlər görülür. Bununla bağlı Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar müzakirələr aparır. Yaxın vaxtlarda Azərbaycanda ürək transplantasiyası həyata keçirilə bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button