Cəmiyyət

“Azərbaycana qarşı ciddi təhdidlər olur”

Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Vahid Əhmədov  bəzi məsələlərə toxunub. Modern.az xəbər verir ki, deputat İtaliya-Azərbaycan münasibətlərindən danışıb:

“İtaliya Azərbaycanın xarici siyasətdə bir nömrəli müttəfiqidir. Son vaxtlar Azərbaycana qarşı ciddi təhdidlər olur. Çünki bəzi dövlətlər bizim qələbəmizi həzm edə bilmir”.

Vahid Əhmədov Qaragöl ətrafında baş verən hadisələrin adi hal olduğunu bildirib: “Burada ajiotaj yaradacaq bir məsələ yoxdur. Dünən Prezident Amerika ilə münasibətlərə də ciddi şəkildə toxundu. Son vaxtlar xüsusilə Fransa Ermənistanı müdafiə etməklə istəyir ki, müəyyən prosesləri əksinə döndərsin. Hesab edirəm ki, üçtərəfli bəyanatın müddəaları uğurla yerinə yetirilir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button