Cəmiyyət

Ayın 8-dən məktəblər bu qaydada fəaliyyət göstərəcək

Xəbər verdiyimiz kimi, Təhsil Nazirliyi məktəblərdə təhsilin əyani formada təşkili ilə bağlı bu gün bir sıra qərarlar açıqlayıb. Qaynarinfo həmin qərarların qısa icmalını təqdim edir:

Fevralın 8-dən:
Rayonlarda I-IX siniflər üçün üz-üzə dərslər başlayır. (Bakı, Sumqayıt, Abşeron istisna olmaqla)
Şagirdlər arasında ən azı 1.5 metr məsafə olan məktəblərdə I-IX siniflər həftədə 5 dəfə
Şagirdlər arasında 1,5 metr məsafə olmayan məktəblərdə I-IX siniflər həftədə 3 dəfə.
Fevralın 15-dən:
Bakı, Sumqayıt  və Abşeronda:
Məktəbəqədər hazırlıq dərsləri həftədə 2 dəfə;
İbtidai siniflər həftədə 3 dəfə;
V-IX siniflər həftədə 2 dəfə;
Xüsusi məktəblərdə I-IX siniflər üzrə həftədə 5 dəfə əyani dərslər başlayır.
Bağçalar açılır (həftədə 5 gün)
Ali məktəblərdə, texnikum və peşə məktəblərində də praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə təhsil əyani formada bərpa olunur. Bura laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda  əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi aiddir (tibb, yaradıcılıq, mühəndislik və s.)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button